Bizimlə Əlaqə

24 Eylül 2016 Cumartesi

İsimlərin təsnifatı

İsimlərin quruluşca növləri. Azərbaycan dilində olduğu kimi, ingilis dilində də isimlər quruluşca sadə, düzəltmə, və mürəkkəb olur.
Sadə isimlər bir kökdən ibarət olur; boy, bird, dog, table, bus, və.s
Düzəltmə isimlər kök və şəkilçidən ibarət olur; worker, teacher, writer, darkness,  freedom , attendance  və s.
Mürəkkəb isimlər iki və daha çox kökdən ibarət olur; bedroom, bluebell, father-in-low, Englishman, apple-tree, sunflower və s.
Ümumi və xüsusi isimlər. Azərbaycan dilində də olduğu kimi, ingilis dilində də isimlər ümumi (common nouns) və xüsusi (proper nouns) isimlərə bölünür.
Ümumu isimlər eyni qəbildən olan əşyaların adını bildirir; pen, street, bread, milk, love, peace və s.
 Xüsusi isimlər tək varlıqlara və ya eyni qəbildən olan isimləri bir- birindən fərqləndirmək üçün onlara verilən adlardır. Xüsusi isimlərə aşağıdakılar daxildir.
1. adamların adları və soyadları (təxəllüsü); Jahangir Gahramanli
2. coğrafi adlar; Baku
3. həftənin günləri və ayların adları; Monday, December
4. qəze, jurnal, teatr, klub, meydan, mehmanxana, gəmi və s. verilən adlar; Bolshoy Theatre

Xüsusi isimlər cümlədəki yerindən asılı olmayaraq böyük fərflə yazılır.

İsimlərdə cins mənası. Azərbaycan dilində olduğu kimi, ingilis dilində də ismin cinsini göstərən xüsusi morfoloji əlamət yoxdur və onların cinsə görə qruplara bölünməsində əsas meyar onların leksik mənasıdır. İngilis dilində isimlər üç cinsə bölünür.
kişi cinsi    Masculine Gender
qadın cinsi  Feminine Gender
orta cins  Neuter Gender

  Mənaca kişi cinsi bildirən isimlər (man, boy, father, brother, uncle, grandfather) kişi cinsinə aiddir. Bir çox isimlərin kişi cinsinə aid olduğunu bildirmək üçün boy, man, male, cock, he sözlərindən istifadə edilir: man-teacher, boy-friend, male-elephant, cock-sparrow, he-wolf və s.
  Mənaca qadın cinsi bildirən isimlər (girl, woman, mother, grandmother, aunt, daughter və.s) qadın cinsinə aid edilir. Bəzi şəxs və heyvanların qadın cinsinə aid olduğunu göstərmək üçün onların sonuna -ess əlavə edilir: poet-poetess, actor-actress,
lion-lioness, waiter-waitress, prince-princess, tiger-tigress
 Bir çox isimlərin qadın cinsinə aid olduğunu bildirmək üçün
she, girl, maid, woman, hen, female sözlərindən istifadə edilir: woman-doctor, maid-servant, girl-friend, hen-sparrow, 
she-wolf və s.
  Cansız varlıqları bildirən isimlər və bir qayda olaraq heyvan adları bildirən isimlər orta cinsə aid olur. Orta cinsə aid isimlərin yerinə, adətən, it əvəzliyi işlənir.Lakin bəzən danışıq dilində orta cinsə aid edilən isimlər qadın və ya  kişi cinsinə aid edilir. Güclü və böyük heyvanların adlarını bildirən isimlər (horse, dog, wolf, elephant, tigr, lion və s) , dəhşət vəgüc bildirən mücərrəd isimlər (war, hate, death, fear və s.) kişi cinsinə; zəif və kiçik heyvan adlarını bildirən isimlər (cat, mouse, bat, fox və s.) , zəriflik, gözəllik, zəiflik bildirən mücərrəd isimlər (beauty, kindness, peace, spring və s.) qadın cinsinə aid edilir. Ölkə adları, bir qayda olaraq, qadın cinsinə aid edilir. 

Hiç yorum yok:

Yorum Gönder