Bizimlə Əlaqə

23 Eylül 2016 Cuma

HTML Nedir?

HTML bir programlaşdırma dili deyil. HTML sənədi hazırlamaq üçün bizə bir notepad də bəsdir.HTML sənədimizi hazırladıqdan sonra .htm və ya .html kimi yadda saxlasaq bir HTML səhifəsinə sahib olarıq.


<html>

<head>
<title> Səhifə başlığı </title>
</head>

<body> Səhifədə göstərilən hissə </body>

<html>


HTML sənədləri <html>...</html>  etiketl'ri arasında yazılır. Baş(head) və bədən(body) olaraq iki əsas hissəyə bölünür.Yuxarıda gördüyünüz kimi səhifəyə ad vermek üçün istifadə edilən <title>..</title> etiketi head yəni baş qismində işlədilmişdir.Səhifədə görülməsi istənilən hər şey <body>..</body> etiketləri arasında yazılır.Səhifədə görülməsi istənilən şəkil, mətn, cədvəl və.s kimi şeylər.
Mətnin quruluşu
Başlıq etəketləri
HTML də 6 ədəd başlıq etiketi var.Başlıq etiketi tətbiq ediləcək mətn <h1>...<h6> etiketlərindən biri ilə başlayıb eyni nömrəli başlıq etiketi ilə də bağlanmalıdır.
<html>

<head>
<title> Mətnin quruluşu </title>
</head>

<body>

<h1> HTML nədir?</h1>
<h2> HTML nədir?</h2>
<h3> HTML nədir?</h3>
<h4> HTML nədir?</h4>
<h5> HTML nədir?</h5>
<h6> HTML nədir?</h6>
</body>

<html>


Ən böyük başlıq etiketi <h1> etiketidir və bu  <h6> etiketine doğru getdikce kiçilir.
Paragraf etiketi


HTML də paragraf etiketi <p>..</p> dir. Bu etiketlər arasında yazılan mətn bir sətir boşluq buraxaraq sətir başına yazılır.

<br> etiketi 

<br> etiketi mətni sətrin əvvəlinə yazmaq üçün istifadə edilir. <br> etiketi yazıldıqda daha </br> kimi bağlamağa ehtiyac yoxdur.

Digər etiketlər

HTML də mətnin quruluşunu dəyişdirmək üçün aşağıdakı etiketlərdən də istifadə olunur.
<b> Mətni tündləşdirir (bold) </b>
<i> Mətni maili edir (italic) </i>
<u> Mətnin altında xətt olur (underline)  </u>


<html>

<head>
<title> Mətnin quruluşu </title>
</head>

<body>

<b><i><u>  Mətn ekranda həm tünd həm maili həm də alt xətti olacaq  </b></i></u>

</body>

<html>

Font etiketi

Mətnlərə aid font parametrləri <font>...</font> etiketi ile edilir.
<font face="..." size="..." color="..." >...</font>
 face - yazı tipi (arial, times, thoma və.s)
 size - yazının ölçüsü (1-7 arası)
 color - yazının rəngi (ingilis dilində rənglər və ya RGB rəng dəyəri)
<html>

<head>
<title> Fontlar </title>
</head>

<body>

<font face ="times" size="5" color="#ff0000"> THE Laboratory Of Gahramanli </font>
<br> <font face ="arial" size="2" color="blue"> THE Laboratory Of Gahramanli </font>
<br> bu sənədi html kimi yaddaşa yazsaq, mətnlər arasında fərqliliyi görərik.

</body>

<html>

HTML də arxa fon (background) parametrləri <body> etiketinə əlavə edilən parametrlər vasitəsilə əldə edilir. Body etiketinə əlavə edilən parametrlər vasitəsilə arxa fona rəng və şəkil qoymaq olar.

Arxa fonun rənginin dəyişdirilməsi
<body bgcolor="color">...</body> 

<html>

<head>
<title>Arxa fonun rənginin dəyişdirilməsi </title>
</head>

<body bgcolor="red">

Arxa fonun rəngi qırmızı olacaq


</body>

<html>


Arxa fona şəkil qoymaq
<body background="URL"> ... </body>
URL - r'sm' aid olan yoldur. (ex. C:\Users\cahangir\Desktop\download.jpg )
<html>

<head>
<title>Arxa fona şəkil əlavə etmək </title>
</head>

<body background="C:\Users\cahangir\Desktop\download.jpg">

Arxa fona download.jpg  şəkli  əlavə olunacaq


</body>

<html>

Rəsm yükləmək
Rəsm yükləmək üçün <img src="url"> etiketi vasitəsilə yerləşdirilir.
<img src="url" height="450" width="350">
height - hündürlük
width - en
Height və width atributları vasitəsilə şəklin ölçülərini vermək mümkündür.

Yerləşdirmə
HTML sənədimizə yerləşdirdiyimiz şəkil, mətn, cədvəl kimi şeyləri səhifədə istədiyimiz yerə yerləşdirə bilərik.
align="right" (sağa)
align="left" (sola)
align="center" (ortaya)
<html>

<head>
<title>Yerləşdirmə </title>
</head>

<body>
<h3 align="left"> Mənim  </h3>
<br>
<h2 align ="center"> Adım </h2>
<br>
<h1 align="right"> Cahangirdir </h1>
<img srg="url" align="right">

</body>

<html>


<img> etiketi align="center" atributunu dəstəkləmir. Bunun üçün fərqli üsullardan istifadə edilir. ex:
<center> <img src="url"> </center> rahatlıqla şəkli ortaya çəkə bilərik.

Şəklə izah vermək
Səhifəyə yüklənən şəklə izah vermək üçün "alt" atributundan istifadə edilir. ex:
<center> <img src="url" alt="şəklə izah verdim"> </center>
Siyahılar
HTML də 3 cür siyahı düzəltmək olur
Sıralı siyahılar (ordered lists)
Sırasız siyahılar (unordered lists)
Təsviri siyahılar (definition lists)
Sıralı siyahılar(orderedd lists)
Sıralı siyahılar rəqəm və ya hərfi ya da hər ikisindən istifadə edərək siyahı düzəldir.Siyahı üçün alınacaq mətnlər <ol>..</ol> (ordered list) etiketləri arasında yazılır. Bu etiketlər siyahının başlandığını və bitdiyini göstərir. Siyahının maddələrinin əvvəlinə <li> (list item) etiketi yazılır. Bu etiket də br etiketi kimi sonlandırılmır. <ol> etiketinə parametrlər də yerləşdirə bilərik.

type - siyahının rəqəmlə yoxsa hərflə başlayacağını göstərmək üçündür
start - Siyahının hansı rəqəm və ya hərflə başlayacağını göstərmək üçündür



<html>

<head>
<title> Sıralı Siyahılar </title>
</head>

<body>
Sirali Siyahı 1:<br>
<ol>
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ol>

<br>Sirali Siyahı 2:<br>
<ol>
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ol>

<br>Siralı siyahı 3:<br>
<ol type="1" start="3">
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ol>


<br>Sirali Liste 4:<br>
<ol type="a" start="4">
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ol>

</body>

<html>

Sırasız siyahılar (unordered lists)
Sırasız siyahılar istifadə etdikdə sıralama xüsusi nişanlar vasitəsilə ekranda görürük. Sırasız siyahılar düzəltmək üçün <ul> (unordered list) etiketindən istifadə edilir. <li>  etiketi burada da istifade edilir. type parametrinde istifadə edilən ünsürlər.

disk (içi dolu dairə)
cirkle (içi boş dairə)
square (içi dolu kvadrat)




<html>

<head>
<title> Sirasiz Siyahılar </title>
</head>

<body>
Sirasiz Siyahı 1:<br>
<ul>
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ul>

<br>Sirasiz Siyahı 2:<br>
<ul>
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ul>

<br>Sirasız siyahı 3:<br>
<ul type="square">
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ul>


<br>Sırasız siyahı 4:<br>
<ul type="circle">
 <li>Facebook
 <li>Youtube
 <li>Google
</ul>

</body>

<html>
Təsviri siyahılar (definition lists)
Təsviri siyahılar bir siyahıdan çox, böyük mətnləri oxumağı asandlaşdırmaq üçün istifadə edilir. Təsviri siyahıda istifadə edilən etiketlər <dl>..</dl> , <dd> və <dt> dir. Siyahının maddələrini göstərmək üçün <li> əvəzi <dd> və <dt> atributlarından istifadə edilir. 

<html>

<head>
<title> Tesviri Siyahilar </title>
</head>

<body>
<br>
<dl>
<dt><font color="blue" size="5">Sirali Siyahilar<font>
<dd>Sıralı siyahılar rəqəm və ya hərfi ya da hər ikisindən istifadə edərək siyahı düzəldir.
</dl>
<br>
<dl>
<dt><font color="blue" size="5">Sirasiz Siyahilar<font>
<dd>Sırasız siyahılar istifadə etdikdə sıralama xüsusi nişanlar vasitəsilə ekranda görürük.
</dl>
<br>
<dl>
<dt><font color="blue" size="5">Tesviri Siyahilar</font>
<dd>Təsviri siyahılar bir siyahıdan çox, böyük mətnləri oxumağı asandlaşdırmaq üçün istifadə edilir. 
</dl>
</body>

<html>


Cədvəllər
Cədvəllər sətrlər və sütunlardan əmələ gələr. HTML də cədvəl süzəltmək üçün <table> sətr əlavə etmək üçün <tr> sütun əlavə etmək üçün <td> etiketindən istifadə edilir.
Cədvəl qurmağın ümumi quruluşu
<table border="rəqəm" height="rəqəm" width="rəqəm" align="cərgə"bgcolor="rəng"> ...</table>
border - cədvəlin kənar qalınlığı
height - cədvəlin hündürlüyü
width - cədvəlin eni
align - cədvəlin səhifə içindəki yeri
bgcolor - səhifənin arxa fon rəngi



<html>
<head>
<title>Cedvel qurmaq</title>
</head>
<body>

<table>
<table border="1" align="center"bgcolor="red">
<tr>
<td> facebook </td>
<td> youtube </td>
</tr>
<tr>
<td> google </td>
<td> twitter </td>
</tr>
</table>
</body>
</html>


Cədvəl və xanaların rənglənməsi
Cədvələ ümumi rəng vermək üçün <table> etiketinin içinə, xanaları rəngləmək üçün isə <td> etiketinin içinə bgcolor parametri artırılır.



<html>
<head>
<title>Cedvel qurmaq</title>
</head>
<body>

<table>
<table border="1" align="center"bgcolor="red">
<tr>
<td bgcolor="blue"> facebook </td>
<td> youtube </td>
</tr>
<tr>
<td> google </td>
<td bgcolor="yellow"> twitter </td>
</tr>
</table>
</body>
</html>


Cədvəllərdə sətir və sütun birləşdirmə
rowspan - birləşdiriləcək sətrin sayı
colspan - birləşdiriləcək sütunun sayı

<td rowspan="2">xana tərkibi</td> 2sətir birləşdirilmiş
<td colspan="3">xana tərkibi</td> 3 sütun birləşdirilmiş


123
45678
910111213
14151617



<html>
<head>
<title>Setir ve sütun birlesdirme</title>
</head>
<body>
<table  border="1" align="center" width="200">
          <tr>
            <td>1</td>
            <td colspan="2">2</td>
            <td colspan="2">3</td>
          </tr>  
          <tr>
            <td>4</td>
            <td>5</td>
            <td>6</td>
            <td>7</td>
            <td>8</td>
          </tr>
          <tr>
            <td rowspan="2">9</td>
            <td>10</td>
            <td>11</td>
            <td>12</td>
            <td>13</td>
          </tr>
          <tr>
            <td>14</td>
            <td>15</td>
            <td>16</td>
            <td>17</td>
          </tr>  
 </table>
</body>
</html>

Cədvəl qurmaq üçün digər xüsusiyyətlər
Xanalar arası genişlik cellspacing parametri ilə verilir.

celspacing="rəqəm"

<table cellspacing="5">....</table> - iki xana arasındakı məsafə 5 piksel olar.

Xana içində, xananın kənarı ilə xananın tərkibi arasındakı məsafəni cellpadding parametri ilə verilir.

cellpadding="rəqəm"

<table celpadding="5">....</table

Xanalarda başlıq yazmaq üçün <th> etiketi istifadə edilir.


<html>
<head>
<title>cedvele aid diger xususiyyetler</title>
</head>
<body>
<table border="1" cellspacing="4" cellpadding="10">
<tr>
 <th colspan="2"> xananin adi </th>
 </tr>
<tr>
 <td>facebook</td>
 <td>youtube</td>
</tr>
</table>
</body>
</html>

Bağlantılar və Link vermək
Bağlantı qurmaq üçün <a href="..."></a> etiketind'n istifad' edilir.

<a href="bağlantı qurmaq üçün cism "> bağlantı qurmaq üçün lazım olan yazı və ya cism </a>

<a>...</a> etiketi arasında yazılan yazılar və ya şəkil və.s bağlantı xüsusiyyətina sahib olacaqdır. Bu səhifədə mavi rəngdə və altında xətt kimi görsənəcək.

<a href="https://www.facebook.com/JHNGRGHRMN"> meni burda axtar </a>

Rəsmlərə link vermək

Rəsmə link vermək üçün <img src="..."width="..." height="..."> etiketini <a href="..."></a> etiketinin arasında yazırıq.

<a href="https://www.facebook.com/JHNGRGHRMN"><img src="C:\Users\cahangir\Desktop"width="150" height="160"></a>

Səhifə içinə link vermək



Bəzən səhifə içində istənilən nöqtələrə link vermək lazım gəlir.

Səhifə içində bir yerə, nöqtəyə ad vermək.

<a name="verilecek ad">...</a>

Səhifə içinə link vermək

<a href="#verilen ad">....</a>

Target parametri

Target parametri, qurulan bağlantının açılacağı pəncərəni göstərir.

<a href="..." target="...">...</a> 

target="_blank" - bağlantını yeni bir səhifədə açar
target="_self" - bağlantı eyni pəncərə içində açılır.
target="_top"  - bağlantı eyni pəncərə içində ən üstən etibarən açılır. Bütün çərçivələr bağlanıb yeni bağlantı açılacaq.
target="_parret" - çərçivələrdə (Frame) istifadə edilir.
target="çərçivə adı" - bağlantının adı göstərilən çərçivədə açılmağına imkan verir. 

Çərçivələr

Çərçivələr səhifəmizi parçalara ayırmağımızı təmin edər. Beləcə səhifənin bir tərəfi sabit qalarkən, digər tərəfini istifadəçi istəyənə görə dəyişdirə bilir.

Frameset etiketi

Çərçivə düzəlməkdə istifadə edilən etiket framesetdir. Cols parametri açılacaq çərçivələrin yan-yana sütunlar şəklində olacağını, rows parametri isə çərçivələrin alt-alta sətirlər şəklində görünəcəyini təmin edir.


<html>

<head>
   <title>Çerçive düzeltmek</title>
</head>

<frameset cols="*,*">
   <frame name="sol" src="htmlders_cercive/sol.htm">
   <frame name="sag" src="htmlders_cercive/sag.htm">
</frameset>

   <body>
   </body>

</html>

cols=*,* parametri, çərçivə sayını və ölçüsünü ifadə etmək üçün istifadə edilir. Burada ulduz yerinə rəqəm və ya nisbət yazıla bilər. cols="150,600" kimi ədəd yazıla bilər. cols="50%, 60%" ilə browser pəncərəsinin o ankı ixtisasına görə verilən faiz nisbətinə görə şəkil alması təmin edilə bilir. cols="*50," ifadəsi ilk pəncərənin 50 piksel olacağını ikincinin isə browserə təqdim edildiyini göstərir. Bu nümunədə səhifə iki sütuna ayrılmışdır. Eger səhifəni iki sətrə ayırmaq istəsəydik yuxarıdakı 
<fremeset cols="*,*"> etiketi <fremeset rows="*,*"> yazmalıyıq.
Əgər səhifəni 3 sütuna bölmək istəsək <fremeset cols="*,*,*"> kimi yazmalıyıq.

<frame name="..." src="..."> etiketi çərçivələrə target qismində istifadə etmek məqsədi üçün yarayır. src isə pəncərədə görüntülənəcək html sənədinin yerini göstərmək üçün istifadə edilir.Açılacaq çərçivə sayı qədər  <frame name="..." src="..."> etiketi işlədilməlidir.
NOT: Framest  etiketinin html sənədinin <head>...</body> etiketləri arasında işləndiyinə diqqət yetirin.

face.html sənədi
<html>
<head>
 <title>facebook </title>
</head>
<body bgcolor="blue">
 <font size="5">face.html</font>
</body>
</html>


you.html sənədi


<html>
<head>
 <title>youtube </title>
</head>
<body bgcolor="red">
 <font size="5">you.html</font>
</body>
</html>


tweet.html sənədi
<html>
<head>
 <title>tweeter </title>
</head>
<body bgcolor="blue">
 <font size="5">you.html</font>
</body>
</html>


<html>

<head>
<title>Çerçive duzeltmek</title>
</head>

<frameset cols="*,*">
  <frame name="facebook" src="htmlders_cerceve/face.html">
  <frame name="youtube" src="htmlders_cerceve/you.html">
</frameset>

<body>
</body>

</html>

Frameset etketinə aid bəzi parametrlər.

border="ədəd" - sərhəd xəttinin qalınlığını vermək üçündür.
frameborder="yes və ya no"-  sərhəd xəttinin olub ya olmamasını vermək üçündür.

Frame etiketi ilə işlənən parametrlər

noresize: pəncərə ölçülərinin sabit olmasını təmin edər. Yuxarıdakı programda mous ilə xətti tutub dəyişdirə bilərik.Amma noresize etiketini tətbiq etsək bunu etmək mümkün olmayacaq.

scrolling="yes, no və ya auto " - sürüşdürmə çubuqlarının vəziyyətini təyin etmək üçün istifadə edilir.

Form alətləri
Formlar istifadeçiden daimi şəkildə informasiya almaq üçün istifadə edilən obyektlərdir.Yəni istifadəçi ilə programçı arasında əlaqə(körpü) yaradar.
Form alətləri <form>...</form> etiketi arasında yazılır.

Form etiketinin ümumi quruluşu

<form name="form adı" action="göndəriləcəyi yer" method="post və ya get">

get - göndəriləcək form bilgiləri adres çubuğunda görsənir.
postgöndəriləcək form bilgiləri adres çubuğunda görsənmir.

<form name="form adı" action="mailto:zneed93@gmail.com?"subject="mesele"enctype="text|plain" method="post və ya get">

Mətn qutusu

<input type="text" name="..." value="..." size="..."maxlength="...">

name- mətn qutusunu adlandırmaq üçün istifadə edilir.
size- mətn qutularının ölçüsünü vermək üçünsür.
maxlength- mətn qutusundakı hərf rəqəm və işarələrin miqdarını göstərir.
value- mətn qutusunun istifdəçinin qarşısına yazılı halda gəlməsi üçün tətbiq edilir.ex

<input type="text"name="ad"value="buraya adinizi yazin"size="40">

textarea- kiçik yerlərə daha çox yazmaq üçün istifadə edilən alətdir. Mətn qutusu tək sətir və sütundan ibarətdirsə textareada istədiyimiz sayda sətir və sütun düzəldə bilərik.

<textarea name="ad"cols="sutunun sayi" rows="setrin sayi">...</textarea>

Şfrə qutusu

Əgər type parametrinə "password" atributunu artırsaq mətn qutusuna şifrə qoymaq imkanımız olacaq.

<input type="password"name="sifre"size="10">

Button (düymə)

<input type="button"name="duyme"size="5">

<input type="submit" value="ok">
<input type="reset" value="geri qayıt">

<botton><img src="..."></button> - şəkli buttona çevirmək

Rəsmli button

<input type="image"name="button"src="...">


Radiobox və checkbox qutusu

type="radio"

type="checkbox"

<input type="radio"name="radio"> kişi
<input type="checkbox"name="nəzarət"> qadın

Seçim qutusu

Seçim qutusu düzəltmək üçün <select>...</select> etiketləri arasında hər seçimin qarşısına <option> etiketi artırılır. <option> etiketi içərisində selected yazılarsa bu seçim seçilmiş hala gəlir.

<select><option>facebook</option><option selected>youtube</option> </select>

Gizli bölgə

Bunu istifadəçi görə bilmir.Adətən informasiyanı qorumaq məqsədi daşıyır.

<input type="hidden" name="ad"value="40">

Sənəd yükləmək

<input type="file">

Formları qruplamaq və ya çərçivələmək


Hazırlanan formları qruplamaq və ya çərçivələrə almaq mümkündür. Bunun üçün <fieldset> etiketi istifadə edilir. <legend> etiketi isə çərçivəyə başlıq vermək üçün istifadə edilir.


<head>
</head>
<body>
<form>
<fieldset>
<legend>Sənəd göndərmək</legend>
<input type="file">
</fieldset>
</form>
</body>
</html>


Meta etiketləri

Meta etiketləri bir web  səhifısində informasiya vermək üçün istifadə edilir. <head></head> etiketləri arasında yazılır.
name- səhifənin yazarı, səhifənin yayın tarixi və.s

<meta name="informasiyanın növü"content="informasiya">

HTTP-EQUIV.
<meta http-equiv="informasiyanın növü"content="informasiya">

<meta http-equiv="content-Type content="text/htm;charset=windows-1254">
<meta http-equiv="content-Type content="text/htm;charset=Iso-8859-9">
<meta http-equiv="content-Type content="text/htm;charset=utf-8">


<meta="keywords"content="söz1 söz2 söz3"> hazırlanmış programla əlaqəli açar sözlər.ex

<meta="keywords"content="HTML dersleri,HTML,HTML NEDİR">

<meta name="description"content="text"> Səhifəylə əlaqədar açıqlama vermək üçün nəzərdə tutulub.ex

<meta name="description"content="Bu sehife html dersleri ucun hazirlanmisdir">

<meta http-equiv="expires"content="tarix"> yeniləmək üçün istifadə edilir.İnternetdə açılan bir səhifə komyuterimizə yüklənir.Bu səhifə təkrar açılmaq istəsə kompyuterdəki (yaddaşdakı) səhifə açılır.Bu etiket vasitəsilə göstərilən tarixdən sonra bu səhifəni açmaq istəsək səhifə serverdən yüklənəcək.ex

<meta http-equiv="expires"content="Sun,04 Apr 2016 02:38:55 GMT">

<meta http-equiv="refresh"content="5; url=yeni.html"> Səhifə göstərilə vaxt ərzində yenilənir və göstərilən url dakı yeni.html səhifəsi açılır. url boş olsa eyni səhifə təkrarlanır.

<meta name="robots"content="all və ya none"> Hazırladığınız səhifənin axtarış mühərriklərinin robotları tərəfindən araşdırılmasına izn vermək(all) və ya verməmək(none).

qeyd: meta etiketləri head etiketləri arasında yazıldığı üçün istifadəçi onu görməz.

Görüntü və səs sənədlərini HTML-ə yüklənməsi

<embed src="">...</embed> flash(sfw) səs sənədlərinin yüklənməsi


<html>
<head>
<title>sened yuklemek</title>
</head>
<body>
<center>
Flash animasiyasi:<br>
<embed src="../flashlar/htmldersleri.swf" height="75"></embed>
</center>
</body>
</html>



Sürüşən yazılar

<marque>...</marque> bu etiket arasındakı yazıların sağdan sola və ya yuxarıdan aşağı yavaşca sürüşdüyünü görərik. Yazıların istiqaməti və sürəti deyişdirilə bilər.
direction="..." yazının istiqaməti(left,right,up,down,)scrolldelay="..." sürətini seçmək üçün istifadə edilirbehavior="..." hərəkətin şəklini dəyişir(scroll,slide,alternate)bgcolor="..." yazıların trayektoriya rəngini dəyişdirir

<html>
<head>
<title>Marquee Etiketi</title>
</head>
<body>
<center>

  <marquee direction="right">Saga surusen yazi</marquee><br><br>
  <marquee direction="right" scrolldelay="80" bgcolor="red">Saga surusen yazi ama; daha suretli ve qirmizi trayektoriyada</marquee><br><br>
  <marquee direction="left">Sola surusen yazi</marquee><br><br>
  <marquee direction="up">Yuxari surusen yazi</marquee><br><br>
  <marquee direction="down">Asagiya surusen yazi</marquee><br><br>
</center>
</body>
</html>



HTML də açıqlama yazmaq


HTML səhifələri yaradılarkən açıqlama yazmaq tələb oluna bilər.Yazılan açıqlamalar görsənməz sadəcə informasiya almaq məqsədi daşıyır.

<!--Yazılan açıqlama-->

qeyd: <!--...--> arasında yazılanlar browserlər tərəfindən oxunmur.


Alt-Üst icon etiketləri

<sub>...</sub> yazının altında olur (sub script)  E=m2v
<sup>...</sup>yazının üstündə olur (super script)  E=m2v

Xüsusi simvollar


HTML sənədləri hazırlayarkən yazılar arasında istənilən qədər boşluq buraxmaq olar. Amma bunlarda sadəcə biri qəbul edilir.Digər boşluqlar browserlər tərəfindən oxunmur.Bunun üçün  birdən çox boşluq buraxmaq istəsək "&nbsp;" etiketindən istifadə etməliyik.

"&lt;" kiçikdir işarəsi <
"&gt;" böyükdür işarəsi >

Üfüqi xətt etiketi

<hr> etiketi istifadə edilir.
ex. <hr align="center"size="10"width="250"color="black">
                                           
                                                                      by Jahangir Gahramanli

Hiç yorum yok:

Yorum Gönder