Ümumi halın heç bir şəkilçisi yoxdur. Lüğətdə isimlər bu halda verilir. Bütün isimlərin ümumi halı vardır. Azərbaycan dilində ismin halları ingilis dilində ümumi halın (ayrıca və ya sözönü ilə birlikdə) vasitəsilə verilir.
ad. the yard
yiy. of the yard
yön.to the yard
təs. the yard
yer. in the yard
çıx. from the yard
İngilis dilində ismin yiyəlik halı Azərbaycan dilində olduğu kimi yiyəlik, sahiblik, aidlik bildirir.
Təkdə olan isimlərin yiyəlik halı onların sonuna 's (apastrof və s hərfi) artırmaqla düzəlir.
Ümumi hal Yiyəlik hal
the father the father's book
the boy the boy's table
the child the child's toy
's şəkilçisi kar samitlərdən sonra [s] cingiltili samitlərdən sonra [z]; s, x, ss, sh, ch -dən sonra [iz] kimi oxunur.
aunt's
dog's
actress's
Cəmdə isimlərin yiyəlik halı -s şəkilçisi ilə bitənlərin sonuna sadəcə apostrof ('), -s şəkilçisi ilə bitməyənlərin sonuna -'s əlavə etməklə düzəlir.
Ümumi hal Yiyəlik hal
the boys the boys' books
the childreen the childreen's toys
Yiyəlik hal şəkilçisi, bir qayda olaraq, canlıları bildirən isimlərə artırılır. Bundan başqa, yiyəlik hal şəkilçisi bəzi cansız varlıqları bildirən isimlərə, bəzi mücərrəd isimlərə və bəzi zərflərə də artırılır. Bunlar aşağıdakılardır:
Zaman bildirən - moment, second, minute, hour, day, night, week, month, year, tomorrow, today, yesterday və s. sözlərə: