Bizimlə Əlaqə

ENGLİSH (müellif: Gülşən Hüseynova) etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ENGLİSH (müellif: Gülşən Hüseynova) etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9 Kasım 2016 Çarşamba

İsmin halları

   İngilis dilində ismin iki halı vardır: ümumi (The Common Case) yiyəlik (The Possesive Case) hal.
   Ümumi halın heç bir şəkilçisi yoxdur. Lüğətdə isimlər bu halda verilir. Bütün isimlərin ümumi halı vardır. Azərbaycan dilində ismin halları ingilis dilində ümumi halın (ayrıca və ya sözönü ilə birlikdə) vasitəsilə verilir.
ad.  the yard
yiy. of the yard
yön.to the yard
təs.  the yard
yer.  in the yard
çıx.  from the yard

   İngilis dilində ismin yiyəlik halı Azərbaycan dilində olduğu kimi yiyəlik, sahiblik, aidlik bildirir.
Təkdə olan isimlərin yiyəlik halı onların sonuna 's (apastrof s hərfi) artırmaqla düzəlir.

Ümumi hal                      Yiyəlik hal

the father                      the father's book
the boy                          the boy's table
the child                        the child's toy  

   's şəkilçisi kar samitlərdən sonra [s] cingiltili samitlərdən sonra [z]; s, x, ss, sh, ch -dən sonra [iz] kimi oxunur.

aunt's
dog's
actress's

   Cəmdə isimlərin yiyəlik halı -s şəkilçisi ilə bitənlərin sonuna sadəcə apostrof ('), -s şəkilçisi ilə bitməyənlərin sonuna -'s əlavə etməklə düzəlir.


Ümumi hal                      Yiyəlik hal

the boys                         the boys' books
the childreen                 the childreen's toys  

   Yiyəlik hal şəkilçisi, bir qayda olaraq, canlıları bildirən isimlərə artırılır. Bundan başqa, yiyəlik hal şəkilçisi bəzi cansız varlıqları bildirən isimlərə, bəzi mücərrəd isimlərə və bəzi zərflərə də artırılır. Bunlar aşağıdakılardır:
 
   Zaman bildirən - moment, second, minute, hour, day, night, week, month, year, tomorrow, today, yesterday və s. sözlərə:




24 Eylül 2016 Cumartesi

İsimlərin Kəmiyyəti

  İsimlər tək (singular) və cəmdə (plural) olur. Tək formada isimlər heç bir xüsusi şəkilçiyə malik olmur; dog, chair, book, pencil və s.
  İngilis dilində əksər isimlərin cəm forması onların sonuna -s (-es) şəkilçisi əlavə etməklə düzəlir. Bu şəkilçilər Azərbaycan dilində cəmlik ifadə edən -lar,  -lər şəkilçilərinə uyğun gəlir.
book-books
day-days
bag-bags
dog-dogs

  -s şəkilçisi kar samitlərdən sonra [s], cingiltili samitlərdən sonra [z] kimi tələffüz olunur.
desk-desks
ruler-rulers
tree-trees

  Sonu -s, -sh, -x, -ch, -o ilə bitən isimlərin cəmi -es şəkilçisi vasitəsilə düzəlir. -es şəkilçisi [iz] kimi ounur.
bus-buses
box-boxes
fox-foxes
bush-bushes
bench-benches
match-matches
hero-heroes
tomato-tomatoes
potato-potatoes
glass-glasses
dress-dresses

  piano, photo, zero, radio sözləri müstəsnalıq təşkil edir. Onların cəm forması -s şəkilçisinin köməyi ilə düzəlir.
piano-pianos
photo-photos
zero-zeros
radio-radios

  Sonu samitdən sonra gələn y hərfi ilə bitən isimlərin cəmi -es şəkilçisi vasitəsilə düzəlir və bu zaman y hərfi i hərfi ilə əvəz olunur:
factory-factories
baby-babies
army-armies
lady-ladies
city-cities
family-families
party-parties

  Lakin y hərfindən əvvəl sait gələrs, ismin sonuna -s şəkilçisi artırılır.
day-days, toy-toys, boy-boys, play-plays

  Sonu -f (-fe) ilə bitən əksər isimlərin cəmi düzəldilərkən isimlərin sonuna -es  şəkilçisi əlavə edilir və bu zaman f hərfi v hərfi ilə əvəz olunur, -es şəkilçisi [iz] oxunur.
wife-wives
life-lives
knife-knives

Bu qaydadan kənaraçıxmalar da var:
roof-roofs
safe-safes
handkerchief-handkerchiefs
chief-chiefs

  Bir çox isimlərin cəmi xüsusi yolla düzəlir. Bunları yadda saxlamaq lazımdır.
man-men
woman-women
tooth-teeth
foot-feet
goose-geese
louse-lise
mouse-mice
datum-data
basis-bases
crisis-crises
analysis-analyses
phenomenon-phenomena
formula-formulae
child-children
ox-oxen
sheep-sheep
deer-deer
swine-swine

  Mürəkkəb isimlərin cəm forması düzəldilərkən -s şəkilçisi əsas komponentə artırılır.
schoolboy-schoolboys
housewife-housewives
tooth-brush - tooth-brushes
bookcase-bookcases
brother-in-low - brothers-in-low
father-in-low - fathers-in-low
passer-by - passers-by

  Tərkibində man, woman  sözü olan mürəkkəb isimlərin cəm forması düzəldələrkən bu sözlər -men -women sözlərinə çevrilir.
man-sermant - men-servant
woman-servant - women-servant
woman-writer - women-writer
saleswoman-saleswomen
postman-postmen
Englishman-Englishmen

  Tərkibində əsas isim olmayan mürəkkəb isimlərin cəm forması düzəldilərkən -s şəkilçisi ismin sonuna əlavə edilir.
overall-overalls
holdall-holdalls

  Həm tək, həm də cəm forması olan isimlər sayıla bilən isimlər (countable nouns) adlanır. Müasir ingilis dilində elə isimlər vardır ki, onların ancaq ya tək, ya da cəm forması vardır. Belə isimlərə sayıla bilməyən isimlər (uncountable nouns) deyilir.
iron, silver, copper, steel, air, hair, money, fruit, work, love, water, ice, milk, bread, sugar, butter, cheese, wood, hate, friendship, strength, heat, knowledge, permission, progress, advice, information

  Azərbaycan dilində də bu qəbildən isimlərin çoxu tək formada işlənir, lakin bəzilərinin həm tək, həm də cəm formaları mövcuddur:
advice
knowledge
information 

  Qoşa hissələrdən ibarət olan əşyaları bildirən isimlər və topluluq bildirən isimlər ingilis dilində yalnız cəm formasında olur. Lakin Azərbaycan dilində, bir qayda olaraq, belə sözlər hər iki formada işlənə bilər:
troussers
spectacles
scissors
scales
tongs
holidays
goods
clothes
riches

  Elm adı bildirən physics, mathematics, optics, phonetics, lexics və s. eləcə də news isimləri ingilis dilində cəm formada yazıldığı halda təkdə işlənir.
  News Azərbaycan dilinə həm tək, həm də cəm formalara tərcümə olunur: news - xəbər, xəbərlər

İsimlərin təsnifatı

İsimlərin quruluşca növləri. Azərbaycan dilində olduğu kimi, ingilis dilində də isimlər quruluşca sadə, düzəltmə, və mürəkkəb olur.
Sadə isimlər bir kökdən ibarət olur; boy, bird, dog, table, bus, və.s
Düzəltmə isimlər kök və şəkilçidən ibarət olur; worker, teacher, writer, darkness,  freedom , attendance  və s.
Mürəkkəb isimlər iki və daha çox kökdən ibarət olur; bedroom, bluebell, father-in-low, Englishman, apple-tree, sunflower və s.
Ümumi və xüsusi isimlər. Azərbaycan dilində də olduğu kimi, ingilis dilində də isimlər ümumi (common nouns) və xüsusi (proper nouns) isimlərə bölünür.
Ümumu isimlər eyni qəbildən olan əşyaların adını bildirir; pen, street, bread, milk, love, peace və s.
 Xüsusi isimlər tək varlıqlara və ya eyni qəbildən olan isimləri bir- birindən fərqləndirmək üçün onlara verilən adlardır. Xüsusi isimlərə aşağıdakılar daxildir.
1. adamların adları və soyadları (təxəllüsü); Jahangir Gahramanli
2. coğrafi adlar; Baku
3. həftənin günləri və ayların adları; Monday, December
4. qəze, jurnal, teatr, klub, meydan, mehmanxana, gəmi və s. verilən adlar; Bolshoy Theatre

Xüsusi isimlər cümlədəki yerindən asılı olmayaraq böyük fərflə yazılır.

İsimlərdə cins mənası. Azərbaycan dilində olduğu kimi, ingilis dilində də ismin cinsini göstərən xüsusi morfoloji əlamət yoxdur və onların cinsə görə qruplara bölünməsində əsas meyar onların leksik mənasıdır. İngilis dilində isimlər üç cinsə bölünür.
kişi cinsi    Masculine Gender
qadın cinsi  Feminine Gender
orta cins  Neuter Gender

  Mənaca kişi cinsi bildirən isimlər (man, boy, father, brother, uncle, grandfather) kişi cinsinə aiddir. Bir çox isimlərin kişi cinsinə aid olduğunu bildirmək üçün boy, man, male, cock, he sözlərindən istifadə edilir: man-teacher, boy-friend, male-elephant, cock-sparrow, he-wolf və s.
  Mənaca qadın cinsi bildirən isimlər (girl, woman, mother, grandmother, aunt, daughter və.s) qadın cinsinə aid edilir. Bəzi şəxs və heyvanların qadın cinsinə aid olduğunu göstərmək üçün onların sonuna -ess əlavə edilir: poet-poetess, actor-actress,
lion-lioness, waiter-waitress, prince-princess, tiger-tigress
 Bir çox isimlərin qadın cinsinə aid olduğunu bildirmək üçün
she, girl, maid, woman, hen, female sözlərindən istifadə edilir: woman-doctor, maid-servant, girl-friend, hen-sparrow, 
she-wolf və s.
  Cansız varlıqları bildirən isimlər və bir qayda olaraq heyvan adları bildirən isimlər orta cinsə aid olur. Orta cinsə aid isimlərin yerinə, adətən, it əvəzliyi işlənir.Lakin bəzən danışıq dilində orta cinsə aid edilən isimlər qadın və ya  kişi cinsinə aid edilir. Güclü və böyük heyvanların adlarını bildirən isimlər (horse, dog, wolf, elephant, tigr, lion və s) , dəhşət vəgüc bildirən mücərrəd isimlər (war, hate, death, fear və s.) kişi cinsinə; zəif və kiçik heyvan adlarını bildirən isimlər (cat, mouse, bat, fox və s.) , zəriflik, gözəllik, zəiflik bildirən mücərrəd isimlər (beauty, kindness, peace, spring və s.) qadın cinsinə aid edilir. Ölkə adları, bir qayda olaraq, qadın cinsinə aid edilir. 

İsim (The Noun)

   İsim əşya və maddələrin (box - qutu, table - stol, water - su, iron - dəmir ), canlı varlıqların ( cat - pişik, boy - oğlan ), hadisə və hərəkətlərin ( rain - yağış, running - qaçış), eləcə də mücərrəd anlayışların (kidness - yaxşılıq, beauty - gözəllik, friendship - dostluq, childhood - uşaqlıq) adını bildirir.